Leninqrad vilayətində, Kirişinin neft emalı zavodunda dron hücumu nəticəsində yanğın baş verib
Rusiyanın Leninqrad vilayətində, Kirişinin neft emalı zavoduna dron hücumu nəticəsində yanğın baş verib. Müvafiq məlumat rus teleqram kanallarında yayılıb.
Sonradan vilayətin qubernatoru Aleksandr Drozdhenko bildirib ki, Kiriş şəhərində üç pilotsuz uçuş aparatı vurulub. Onun sözlərinə görə, dron qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunun ərazisində yanğın çıxıb. Drozdhenkonun açıqlamasına əsasən, xəsarət alan olmayıb, yanğın söndürülüb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar müxtəlif regionlar üzərində 80 pilotsuz uçuş aparatını vurublar, bunlardan ən çoxu – 30 dron Bryansk vilayəti üzərində. 15 dron işğal olunmuş Krımda vurulub.
Kirişinin neft emalı zavodu Rusiyanın ən iri müəssisələrindən biridir.