Lemşveniera-Davit Qareci avtomobil yolunun bərpası üçün tender elan olunub
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti respublika əhəmiyyətli Lemşveniera-Davit Qareci avtomobil yolunun 14km-18km hissəsinin və Qarecinin Natlismtsemeli monastırına gedən avtomobil yolunun 0.9 km uzunluğundakı hissəsinin bərpası üçün tender elan edib.
Bərpa olunacaq hissənin uzunluğu 5.3 km-dir və Saqareco Munisipalitetində yerləşir.
Avtomobil Yolları Departamentindən qeyd edildiyi üzrə, mövcud yolda örtük yalnız torpaqdan olub və yağışlı hava şəraitində hərəkət çətinləşirdi.
Layihə yolun tam bərpasını nəzərdə tutur. Layihə çərçivəsində də yolun hərəkət hissəsinin bərpası və asfalt-beton örtüyünün döşənməsi, mövcud süni qurğuların bərpası və yeni qurğuların quraşdırılması planlaşdırılır. Həmçinin birbəşmələrin, suötürücü boruların, yol nişanlarının quraşdırılması və yolun hərəkət hissəsinin xətlənməsi nəzərdə tutulub.
Layihə tam olaraq dövlət büdcəsindən maliyyələşdirilir.