Ləmbəlli kəndindən qaçırdılan qızı polis xüsusi sığınacağa yerləşdirdi
Ləmbəlli kəndindən qaçırdılan qızı polis xüsusi sığınacağa yerləşdirdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin oktyabrın 12-də Ləmbəlli kəndindən qız qaçırdılma faktı ilə bağlı aparlılan istintaq nəticəsində, polis əməkdaşları qızı Marneuli rayonunun Candar kəndində tapdılar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yeniyetmə qız psixoloqun, vəkilinin və xalq müdafiyəçisi aparatının nümayəndəsinin yanında sorğulandı və bəyan etdi ki, onu qaçırdan şəxs öz kəndlisidir və onunla bərabər öz istəyi ilə getdi. O həmçinin bəyan etdi ki, onun bu hərəkətinə görə valideynlərindən psixoloji və fiziki təhqir gözləyir, çünki ailəsi həmin şəxslə evlənməsini istəmirdi.
Yeniyetmənin təhlükəsizliyinin qorunması məqsədi ilə, onu qaçırdan şəxs haqqında həbs qərarı verilmişdi.
Hazırda o xüsusi sığınacağa yerləşdirilib və sağlamlıq vəziyyəti yaxşıdır.