"Lelo"nun üzvləri diplomatik korpusun nümayəndələri ilə görüş keçiriblər
“Lelo”nun üzvləri Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçiriblər.
Məlum olduğu kimi, görüşdə əsas müzakirə mövzusu “Lelo”nun liderləri Mamuka Xazaradze və Badri Caparidzenin saxlanılması olub.
Görüş partiyanın ofisində keçirilib. Görüşdə “Lelo” partiyasından Davit Usupaşvili, Tazo Datunaşvili, Qiorqi Sioridze və Saba Buadze iştirak edirdilər.
Xatırladaq ki, məhkəmə parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməsi faktına görə “Lelo”nun liderləri Mamuka Xazaradze və Badri Caparidzeni səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin, onlara iki il müddətinə vəzifə tutmaq qadağan edilib. Mamuka Xazaradze və Badri Caparidzeni məhkəmənin qərarı əsasında iyunun 23-də saxlayıblar.