"Lelo"nun məlumatına əsasən, Brüsselin meri İrakli Kupradzeyə tam dəstəyini ifadə edir
Bu gün Brüsselin meri “Güclü Gürcüstan-Lelo” koalisiyasının sədri Mamuka Xazaradzeni, Tbilisi merliyinə ortaq namizəd İrakli Kupradzeni və seçki qərargahının rəhbəri Tazo Datunaşvilini qəbul edib – bu barədə məlumatı “Lelo”nun mətbuat xidməti yayır.
“Yüksək səviyyəli ikitərəfli görüşdə mədəni, eləcə də iqtisadi əməkdaşlıq çərçivəsində Tbilisi-Brüssel gələcək tərəfdaşlığının detallarını müzakirə ediblər, bu isə birgə infrastruktur və təhsil layihələrinin planlaşdırılması və həyata keçirilməsini nəzərdə tutur” – partiya tərəfindən yayılmış məlumatda qeyd olunub.
“Lelo”nun mətbuat xidmətinin məlumatına əsasən, qonaqlar Brüsselin merinə Gürcüstanda seçkiqabağı mövcud ağır siyasi vəziyyət barədə məlumat veriblər.
Filip Klozi Tbilisi merliyinə vahid namizədə yerli özünüidarəetmə seçkilərində tam dəstəyini ifadə edib.
“Bu gün biz Tbilisi merliyinə namizəd İrakli Kupradze ilə görüşdük. Mən ona tam dəstəyimi ifadə etmək istərdim, çünki bizi birləşdirən ümumi Avropa dəyərləri var, bu isə Avropa paytaxtının meri kimi mənim üçün çox önəmlidir” – Brüsselin meri bildirib.