"Lelo" mediatorlar tərəfindən təklif olunan yeni sənədi imzaladı
"Lelo" mediatorlar tərəfindən təklif olunan yeni sənədi imzaladı

“Lelo” mediatorlar tərəfindən təklif olunan yeni sənədi imzaladı. Bu barədə partiyanın siyasi şurasının üzvü, irakli Kupradze sosial şəbəkədə yazdı.

Onun dediyinə görə, qərarı partiyanın siyasi şurasında yekdilliklə qəbul etdilər.

“Lelonun” siyasi şurası başa çatdı. Qərar qəbul olundu ki, Avropa Şurası və səfirlər tərəfindən təklif olunan sənədi imzalayacağıq. Qərar yekdilliklə qəbul olundu!”, – Kupradze “feysbukda” yazır.

2021-ci il 16 apreldə “Gürcü Arzusu” tərəfindən edilən təklifə uyğun olaraq, 2022-ci ildə vaxtından əvvəl seçkilər təyin olunacaq, əgər yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faizdən az topladısa. Bu barədə Şarl Mişelin dünən müxalif partiyalar üçün yeni təqdim etdiyi sənəddə deyilir, hansını da Avropa İttifaqı nümayəndəliyi yayır.

Bununla yanaşı, Şarl Mişelin sənədinə əsasən, razılaşmadan bir həftəyə tərəflər siyasiləşdirilmiş hesab olunan iki işi müzakirə etməlidilər.