"Lelo" - Hakimiyyət Vaşinqton Arbitrajı ilə əlaqədar Mamuka Xazaradze və Badri Caparidzedən bəhs edəndə yalan danışır, bu, investor Bob Meyerin dövlətə qarşı məhkəmə davası idi
“Lelo” siyasi partiyası Ədliyyə Nazirliyinin Anaklia Limanı işi ilə bağlı bəyanatına münasibət bildirir.
Partiyada bəyan etdikləri kimi, Mamuka Xazaradze və Badri Caparidzenin Anaklia Limanı işi ilə bağlı məhkəməni Vaşinqton Arbitrajında da uduzması ilə bağlı hakimiyyət tərəfindən yayılmış məlumat səhvdir. Çünki, partiyanın bəyanatında qeyd olunduğu kimi, bu, Caparidze ilə Xazaradzenin yox, investor Bob Meyerin dövlətə qarşı məhkəmə davası idi.
“Hakimiyyət bu arbitraj ilə əlaqədar Mamuka Xazaradze və Badri Caparidzedən bəhs edəndə yalan danışır.
Bu, investor Bob Meyerin dövlətə qarşı məhkəmə davası idi. Lakin, arbitrajın cavabı nə olursa olsun, fakt eynidir – hakimiyyət 6 il əvvəl Rusiyanın tapşırığı ilə Anaklia layihəsini öldürdü və indiyə qədər heç bir irəliləyiş yoxdur, halbuki ölkə 2020-ci ildə ilk gəmini qəbul etməli idi.
Geridə qalanını Anaklia Konsorsiumunun bəyanatında görəcəksiniz və investorlar özləri izahatlar verəcəklər” – partiyanın mətbuat xidmətinin yaydığı “Lelo”nun bəyanatında deyilir.
Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına əsasən, Mamuka Xazaradze və Badri Caparidze Anaklia Limanı işi ilə bağlı məhkəməni Vaşinqton Arbitrajında da uduzdular. Onların məlumatına əsasən, qeyd olunan məhkəmə davası çərçivəsində Xazaradze və Caparidzenin niderlandlı tərəfdaşı Bob Meyer 64 milyon ABŞ dollarının ödənilməsini tələb edirdi, lakin arbitraj onun bütün tələblərini rədd etdi və onun üzərinə Gürcüstan hökumətinin xeyrinə 6,5 milyon ABŞ dolları ödəmək öhdəliyi qoydu.