Leçxumidə 3000 il əvvələ aid unikal metallurgiya istehsalat kompleksi aşkar ediblər
Tsaqeri Munisipalitetinin Doğuraşi kəndi ərazisində Gürcüstanın Milli Muzeyinin mütəxəssisləri və əcnəbi tədqiqatçılar tərəfindən aparılan arxeoloji işlər nəticəsində bürünc dövrünə aid unikal artefaktlar aşkar ediblər.
Məlumatı Gürcüstanın Mədəniyyət Nazirliyi yayır.
Onların məlumatına əsasən, Oksford Universitetinin laboratoriyası tərəfindən e.ə. XIII–IX əsrlərə aid edilən və metal əritmə fəaliyyəti ilə bağlı olan bu kompleks miqyasına görə Kolxida bölgəsində indiyədək məlum olan analoji emalatxanalar arasında en böyüyüdür və metalın əridilməsi kimi mürəkkəb prosesi tam şəkildə əks etdirir.
“Kəşf Son Bürünc–Erkən Dəmir dövründə Leçxuminin Dağlıq Kolxidanın ən mühüm metallurgiya mərkəzlərindən biri olduğunu və Qafqazın mis-metal istehsalında aparıcı rol oynadığını bir daha təsdiqləyir” – Mədəniyyət Nazirliyinin məlumatında deyilir.
Mədəniyyət Nazirliyinin məlumatına əsasən, Tsaqeri Munisipalitetinin Doğuraşi kəndindəki ekspedisiya Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Milli Muzeyinin təşkilatçılığı və arxeologiya doktoru Nana Rezesidzenin rəhbərliyi ilə həyata keçirilir.
“Qədim mis emalatxanalarının tədqiqinə tarix elmləri doktoru Nino Sulava rəhbərlik edir. Gürcü mütəxəssislərlə yanaşı, işlərdə Böyük Britaniya, İsrail və İtaliyadan olan xarici tədqiqatçılar da iştirak edirdilər.
Üzə çıxarılan bürünc dövrünə aid unikal artefaktlara Gürcüstanın Milli Muzeyinin baş direktoru Davit Lortkipanidze, Raca-Leçxumi və Kvemo Svaneti diyarında dövlət müvəkkili Papuna Marqvelidze, icraedici və yerli hakimiyyət nümayəndələri, eləcə də dəvət olunmuş qonaqlar yerində baxış keçiriblər” – Mədəniyyət Nazirliyinin məlumatında qeyd olunub.