Lebanon İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edir. Bu barədə CNN yazır.
Livan ordusunun bəyanatında qeyd olunur ki, atəşkəs qüvvəyə mindikdən sonra İsrail tərəfindən razılaşmanın dəfələrlə pozulması qeydə alınıb.
Bəyanatda bildirilir ki, İsrailin hücumları nəticəsində Livanın cənubunda yerləşən bir neçə kənd zərər görüb.
Bununla yanaşı, Livan ordusu məcburi köçkünləri cənub şəhərlərinə qayıdarkən ehtiyatlı olmağa və təhlükəli zonalardan uzaq durmağa çağırıb.
Məlumat üçün qeyd edək ki, İsrail ilə Livan arasında 10 günlük atəşkəs razılaşması yerli vaxtla saat 00:00-da qüvvəyə minib.