“Le Monde” – Fransada etiraz aksiyalarında 500 000-dən çox insan iştirak edirdi, o cümlədən 175 000 nümayişçi Parisə toplaşıb
Fransada etiraz aksiyalarında 500 000-dən çox insan iştirak edirdi, o cümlədən 175 000 nümayişçi Parisə toplaşıb. Bu haqda məlumatı “Le Monde” Ümumi Əmək Konfederasiyasının (CGT) və İl-de-Frans bölgəsinin Birləşmiş Həmkarlar İttifaqları Qrupunun məlumatlarına istinadən yayır.
Fransanın Daxili İşlər Nazirliyinin göstəricilərinə əsasən, ölkə miqyasında aksiyalarda 146 000 insan iştirak edirdi, Paris Polis Prefekturasının məlumatına əsasən isə paytaxtda nümayişçilərin sayı 28 000 olub.
Etiraz aksiyası əvvəlcə dövlət sektorunun həmkarlar ittifaqlarının birləşmiş qrupu tərəfindən elan olundu, lakin ona özəl sektorun əməkdaşları və gənclər də qoşuldular.
İl-de-Frans bölgəsinin hakimiyyətinin dərc etdiyi göstəricilərə əsasən, çərşənbə axşamı saat 17:30-a olan vəziyyətə görə, təxminən 30 təhsil müəssisəsinin fəaliyyəti ləngimişdi. Onlardan təxminən on müəssisəyə pirotexniki vasitələr atıblar, beş halda isə binaların içərisinə. Qeyd olunan müəssisələrdən dördü gün ərzində fəaliyyətini dayandırmağa məcbur qalıb. Bölgə hakimiyyətinin məlumatına əsasən, üç şagird yüngül xəsarət alıb.