“Le Figaro” – Beynəlxalq vəziyyətin pisləşməsi səbəbindən Emmanuel Makron bütün siyasi partiyaların liderləri ilə görüşəcək

17:00, 17.09.2026

 

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq vəziyyəti və ölkə qarşısında duran riskləri müzakirə etmək üçün bütün siyasi partiyaların liderləri ilə görüşəcəyini elan edib.

Bu barədə “Le Figaro” xəbər verir.

Medianın məlumatına əsasən, Makronla yanaşı Fransanın Baş naziri Sebastian Lekornu, hərbi və kəşfiyyat strukturlarının rəhbərlərinin iştirak edəcəyi görüş sentyabrın 18-də Yelisey sarayında keçiriləcək.

“Son günlərdə beynəlxalq vəziyyətin sürətlə pisləşməsini nəzərə alaraq, Respublika Prezidenti parlamentdə təmsil olunan partiyaların liderlərini “Sen-Deni” formatında görüşə dəvət edib. Müzakirələr Yaxın Şərq və Ukraynadakı münaqişələr, onların Fransanın təhlükəsizliyinə və energetikasına təsiri ətrafında aparılacaq. Hərbi rəhbərlik və kəşfiyyat xidmətləri dövlət başçısına əllərində olan məlumatları təqdim edəcəklər” – Yelisey sarayının bəyanatında deyilir.

Daha əvvəl Fransanın Frontinian şəhərində yüzə yaxın balıqçının neft anbarına gedən yolu kəsdiyi məlum olmuşdu. Onlar yanacağın bahalaşmasına etiraz edirdilər. Sentyabrın 16-da Fransa hökuməti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yanacaq qiymətlərinin son artımından ən çox zərər çəkən sahələr üçün məqsədli yardım proqramını uzadacağını bəyan edib.

Oxşar