Layihəyə əsasən, borclu hamiləyə/valideynə qarşı icra icraatı zamanı dövlət tərəfindən köçürülən analıq məzuniyyəti məbləğinə həbs qoyulmayacaq
Parlamentin Səhiyyə və Sosial Məsələlər Komitəsi “İcra icraatı haqqında” Gürcüstan qanununa dəyişiklik edilməsi məsələsini müzakirə edib.
Məsələni müzakirə üçün İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili təqdim edib.
Dəyişikliyə əsasən, Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş məbləğdə hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət və uşağa qulluğa görə ödənişli məzuniyyət dövrü üçün Gürcüstanın dövlət büdcəsindən verilən pul yardımına həbs qoyulmayacaq və nəticədə icraya yönəldilməyəcək.
Müvafiq olaraq, borclu hamiləyə/valideynə qarşı icra icraatı zamanı dövlət tərəfindən köçürülən analıq məzuniyyəti məbləği toxunulmaz olacaq.
Məruzəçinin qeyd etdiyi kimi, “İcra icraatı haqqında” Gürcüstan qanunu həbs qoyulmayan əmlakların siyahısını müəyyən edir. Onun sözlərinə əsasən, qeyd olunan siyahıda hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət və uşağa qulluğa görə ödənişli məzuniyyət dövrü üçün Gürcüstan dövlət büdcəsindən verilən pul yardımı nəzərdə tutulmayıb.
Dəyişikliyə əsasən, sözügedən siyahıya bu bənd də əlavə olunacaq.
“Bu məbləğ dövlət tərəfindən vətəndaşa doğru atılmış addımdır və uşağın, ailənin ali maraqlarına xidmət edir” – Rati İonatamişvili bildirib.
Qanun layihəsinin təşəbbüskarları Gürcüstan Parlamentinin üzvləridir: Rati İonatamişvili, Zaza Lominadze, Aluda Ğuduşauri, Savalan Mirzoevi, Salome Cincolava, Tornike Pağava, Sumbat Kiureğyan, Zurab Kadaqidze, Anton Obolaşvili, İrma Zavradaşvili, Rima Beradze və Mariam Laşxi.
Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş məbləğdə hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət və uşağa qulluğa görə ödənişli məzuniyyət dövrü üçün Gürcüstanın dövlət büdcəsindən verilən pul yardımına həbs qoyulmayacaq.
Məlumatı Gürcüstan Parlamenti yayıb.