Layihəyə əsasən, bəzi narkotik vasitələrin və psixotrop maddələrin xüsusilə külli miqdarının həddi azaldılır
Layihəyə əsasən, bəzi narkotik vasitələrin və psixotrop maddələrin xüsusilə külli miqdarının həddi azaldılır.
Müvafiq dəyişikliklər “Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında” qanuna daxil edilir.
Layihəyə əsasən, aşağıdakı narkotik vasitələrin : buprenorfin, kokain (əsas və duzlar), marixuana (qurudulmuş, xammal), istənilən növ psilosibin və ya psilosin tərkibli göbələk, tetrahidrokannabinollar (bütün izomerlər və onların stereokimyəvi variantlar) və psixotrop maddələr – ketamin və preqabalinin xüsusilə külli miqdarının həddi azaldılır.