"Layiqli Partnyor 2018”-in iştirakşı Britaniyalı hərbiçilər Gürcüstana gəldilər (video)
Amerika və Almaniya hərbi xidmətçilərindən sonra, “Layiqli Partnyor 2018” təlimində iştirak məqsədi ilə, əsgərlər gürcüstana Böyük Britaniya və Şimali İrlandiya Krallığından gəldilər.
Gürcüstan Müdafiə nazirliyinin məlumatına gör., tərkib heyəti tam tərkibi ilə Gürcüstandadır və təlim üçün hazırlaşır. Böyük Britaniya və Şimali İrlandiya Krallığı “Layiqli Partnyor 2018” təlimində fəal iştirak edir.
Gürcüstan “Layiqli Partnyor 2018” çoxmilli təlimə avqustun birindən 15-ə qədər ev sahibliyi edəcək. Təlimlər Vaziani hərbi aerodromunda, Vaziani poliqonunda və Norio təlim bazasında keçiriləcək. Təlimdə NATO-nun 13 üzv və partnyor ölkəsinin 3000-dən artıq hərbi xidmətçisi iştirak edir.