“Güc birlikdədir” – bu mesajla Gürcüstan “Layiqli partnyor 2018” adlı çoxmillətli hərbi təlimlərə artıq dördüncü dəfə ev sahibliyi edir.
Beynəlxalq təlimlər Vaziani aerodromunda rəsmi olaraq, açıldı. Təlimlərdə 13 ölkənin hərbi xidmətçiləri və texnikası iştirak edir.
Hərbi təlimlərin açılışına amerikalı generallar – ABŞ Milli qvardiyasının bürosunun başçısı general Cozef Lingen, Corcia Ştatının armiyasının milli qvardiyasının rəhbəri və briqada generalı Rendel Saimons və ABŞ-ın Avropa armiyasının başçısının müavini general-mayor Con Qronski gəldilər.
NATO-nun üzvü və partnyoru olan 13 ölkənin (Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Lietuva, Polşa, Norvegiya, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan) iştirak etdiyi hərbi təlimlər avqustun 15-nə qədər keçiriləcək.