Latviyanın Xarici İşlər Nazirliyinin parlament katibi – Latviya Gürcüstanın 55 vətəndaşını arzuolunmaz şəxslər siyahısına əlavə edib, Gürcüstanda baş verən siyasi hadisələrə görə təəssüflənirik
Latviyanın Xarici İşlər Nazirliyinin parlament katibi – Latviya Gürcüstanın 55 vətəndaşını arzuolunmaz şəxslər siyahısına əlavə edib, Gürcüstanda baş verən siyasi hadisələrə görə təəssüflənirik

Latviya Gürcüstanın 55 vətəndaşını arzuolunmaz şəxslərin siyahısına əlavə edib. Gürcüstanda siyasi baxımdan baş verənlər bizi dərin təəssüfləndirir – bu barədə Latviyanın Xarici İşlər Nazirliyinin parlament katibi Artyoms Uşulskis Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.

Onun sözlərinə görə, Gürcüstanda söz azadlığı ilə bağlı problemlər mövcuddur.

“Orada siyasi hakimiyyətin opponentləri var ki, onlar həbsdədir və elələri də var ki, ölkəni tərk etməyə məcbur olublar. Bu gün Avropalı tərəfdaşlarımızdan mümkün qədər çox dəstək almağa çalışacağıq, çünki yalnız vahid və qətiyyətli mövqe nəticə verə bilər. Artıq onlarla – eyni fikirdə olan ölkələrin qrupları ilə müəyyən əlaqəmiz var, bu qrup kifayət qədər böyükdür və ümid edirik ki, bu yolda daha çox tərəfdaş bizə qoşulacaq. Biz açıq danışırıq, lakin əgər Gürcüstandakı hakim partiya ilə bağlı irəliləyiş əldə etmək istəyiriksə, daha çox gücə ehtiyacımız var,” – deyə Artyoms Uşulskis bildirib.