Latviyanın müdafiə naziri – Qərbin sanksiyaları Rusiyaya kifayət qədər zərər vurmayacaq və Ukraynada müharibənin tezliklə başa çatmasına gətirib çıxarmayacaq
Rusiyaya qarşı Qərb sanksiyaları ölkənin hərbi iqtisadiyyatına uzunmüddətli təsir göstərəcək, lakin Ukraynada müharibənin qısa zamanda başa çatmasına səbəb olmayacaq. Bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bildirib.
Onun sözlərinə görə, sanksiyalar Moskvanı aqressiv hərəkətlərdən imtina etməyə məcbur edəcək qədər kifayət qədər zərər vura bilməyəcək.
“Bu, gözlədiyimdən daha çox vaxt tələb edir. Sanksiyaların Putinin avtoritar rejiminin davranışını, o cümlədən Ukrayna və hibrid müharibə sahəsində dərhal dəyişəcəyini gözləmək az ehtimallıdır”, – deyə Latviyanın müdafiə naziri bildirib.
Bununla yanaşı, Andris Spruds qeyd edib ki, sanksiyalar adətən uzunmüddətli effekt verir.
Məlumat üçün bildirək ki, fevralın 6-da Avropa Komissiyası Rusiyaya qarşı Aİ-nin 20-ci sanksiyalar paketinin layihəsini təqdim edib. Paket əsasən energetika, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir.