Latviyada Ukraynaya Amerika silahının tədarükü haqda NATO-nun təşəbbüsü üçün ən azı iki milyon avro ayıracaqlarını bildirirlər
Latviyada Ukraynaya Amerika silahının tədarükü haqda NATO-nun təşəbbüsünə qoşulacaqlarını və bunun üçün ən azı iki milyon avro ayıracaqlarını bildirirlər.
NATO-nun təşəbbüsündə iştirak məsələsini Latviya hökumətinin iclasında müzakirə ediblər. Görüşdən sonra ölkənin baş naziri Evika Silina Latviyanın Ukraynaya yardım planına qoşulacağını bildirib.
“Maliyyə töhfəsinin miqdarı dəqiqləşdiriləcək, lakin bu, ən azı iki milyon avro olacaq” – Latviyanın Baş naziri bildirib.
ABŞ və NATO Ukraynaya Amerika silahının tədarükü üçün alyans üzvləri tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən yeni mexanizm işə salıb.