Latviyada sahillərdən birində rus pilotsuz uçuş aparatının hissəsini aşkarlayıblar
Latviyanın qərb hissəsində, sahillərdən birində “Gerbera” tipli rus pilotsuz uçuş aparatının hissəsini aşkarlayıblar Bu barədə Latviya Silahlı Qüvvələrində bildirirlər.
Yayılmış məlumata əsasən, sahildə dronun arxa hissəsinin fraqmentini tapıblar. Latviyanın müdafiə naziri Andris Spruds daha sonra tapılan pilotsuz uçuş aparatının fraqmentində partlayıcı maddə olmadığını bildirib.
Latviyanın Baş naziri Evika Silina da hadisəyə münasibət bildirib və qeyd edib ki, təhlükəsizlik üçün xüsusi sensorların quraşdırılması vacibdir.
“Müdafiə və daxili işlər nazirlərinə bu pilotsuz uçuş aparatının ötən həftə Polşada tapdıqları pilotsuz uçuş aparatına bənzəyib-bənzəmədiyini öyrənmək üçün Polşadakı həmkarları ilə əlaqə saxlamağı tapşırdım” – Latviyanın Baş naziri Evika Silina bildirib.