Latviyada növbədənkənar parlament seçkiləri keçirilir

13:30, 03.10.2026

 

Latviyada növbədənkənar parlament seçkiləri keçirilir.

100 mandatlı Seymdə yer qazanmaq uğrunda 14 siyasi partiya mübarizə aparır.

Seymə düşmək üçün 5%-lik səddi keçmək zəruridir. Çoxluq üçün isə 51 mandat tələb olunur.

Seçkilərdə səsvermə hüququna 1,55 milyona yaxın insan malikdir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinə altı ay əvvəl ölkə ərazisinə dronun düşməsi ilə başlayan hökumət böhranı səbəb olub. Bu hadisə siyasi qarşıdurmaya səbəb verib və Nazirlər Kabinetinin istefasına səbəb olub.

Seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq, bundan sonra da bülletenlərin əllə hesablanması prosesi başlayacaq.

Oxşar