Latviya və Maltadan olan beynəlxalq müşahidəçilər seçki prosesinin yaxşı təşkil olunduğunu bildirirlər - Hər şey ləngimə olmadan gedir, heç bir problemimiz olmayıb
Latviya və Maltadan olan beynəlxalq müşahidəçilər seçki prosesinin yaxşı təşkil olunduğunu bildirirlər - Hər şey ləngimə olmadan gedir, heç bir problemimiz olmayıb

 

Latviya və Maltadan olan beynəlxalq müşahidəçilər seçki prosesinin yaxşı təşkil olunduğunu və hər şeyin ləngimə olmadan getdiyini bildirirlər.

Latviyadan olan beynəlxalq müşahidəçi Reinis Toçelovskis qeyd edib ki, seçicilərin sözlərinə əsasən, indiki seçkilər əvvəlki seçkilərdən daha yaxşı təşkil olunub.

“Proses yaxşı təşkil olunub. Bu gün və əvvəlki günlərdə bir neçə seçki məntəqəsində qonaq olduq, insanlarla söhbət etdik. Görürük ki, seçki məntəqələrindən çıxan seçicilər prosesdən razıdırlar. Bəziləri qeyd edir ki, bu seçkilər əvvəlki seçkilərlə müqayisədə daha yaxşı təşkil olunub. Düşünürəm ki, burada əvvəlki kimi yüksək gərginlik olmadığına görə. Hələlik hər şey sakit və dinc şəkildə gedir” – Toçelovskis qeyd edib.

Maltadan olan beynəlxalq müşahidəçi İustin Qaspar yerli əhalinin seçki prosesindən razı qaldığını bildirib.

“Məndə belə bir hiss var ki, hər şey təşkil olunub, proses ləngimə olmadan gedir, yerli sakinlər xoşbəxt və özünəinamlıdırlar. Görürəm ki, onlar prosesə çox əmindirlər və ona da güvənirlər. Səsvermədən sonra yerli sakinlərlə bir neçə söhbətimiz oldu. Hamısı çox razıdır. Onlar prosesdən razıdırlar və görünür, səsvermədən əvvəlki və sonrakı müddətdən də razıdırlar. Deməliyəm ki, indiyədək hər şey yaxşı gedir. Heç bir problemlə qarşılaşmamışıq. Ümid edirəm ki, belə də davam edəcək” – Qaspar qeyd edib.