Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıdı

14:01, 11.08.2022

Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıdı. Müvafiq bəyanat Latviyanın qanunverici orqanına bu gün qəbul etdi.

Bəyanatda Rusiyanın Ukraynadakı hərəkətlərinin “Ukrayna xalqının qəsdən soyqırımı” olduğu qeyd olunur.

“Rusiya öz təcavüzkar və qeyri-qanuni müharibə məqsədlərinə çatmaq üçün, Ukrayna xalqını və Ukrayna silahlı qüvvələrini qorxutmağa və ruhdan salmağa, eləcə də Ukraynanı işğal etmək üçün Ukrayna dövlətinin fəaliyyətini iflic etməyə çalışır. Yəni, Rusiya bu zorakılıqdan siyasi məqsədlərə çatmaq üçün istifadə edir”, – Latviya Seyminin Xarici Komitəsinin sədri, Riçard Kole bəyan etdi.

Latviya Seymi həmfikir ölkələri Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanımağa çağırdı və Avropa İttifaqına isə, Rusiya və Belarus vətəndaşlarına turist və digər növ vizaların verilməsini dayandırmağa müraciət etdi.

Ona qədər, mayın 10-da Latviyanın qanunverici orqanı Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıdı.

Oxşar