Latviya Rusiya sərhədində 280 kilometrlik hasarın tikintisini başa çatdırıb
Latviya Rusiya sərhədində 280 kilometrlik hasarın tikintisini başa çatdırıb

 

Latviya Rusiya sərhədində 280 kilometrlik hasarın tikintisini başa çatdırıb. Medianın məlumatına əsasən, tikinti bir neçə il davam edib və milli təhlükəsizlik sahəsində ölkənin ən böyük infrastruktur layihələrindən birinə çevrilib.

Onların məlumatına əsasən, infrastruktur layihəsinin ümumi büdcəsi 166 milyon avro olub və tikintidə altı podratçı iştirak edirdi.

Məlum olduğu kimi, gələn il patrul infrastrukturunun və texniki nəzarət avadanlıqlarının inkişafına daha 20 milyon avro investisiya qoyulacaq.

Bu işlərin 2026-cı ilin sonuna qədər başa çatması gözlənilir.

Məlumat üçün bildirək ki, Latviya Belarusla sərhəddə demək olar ki, 145 kilometrlik hasarın tikintisini 2024-cü ilin yayında başa çatdırıb.