Latviya Prezidenti - Qrenlandiya Danimarka Krallığının ayrılmaz hissəsidir
Latviya Prezidenti Edqars Rinkeviçs Qrenlandiyanın Danimarka Krallığının ayrılmaz hissəsi olduğunu bildirir.
Onun sözlərinə əsasən, ABŞ və Danimarka arasında mövcud məsələni dialoq yolu ilə həll etmək olar.
“Danimarka güclü demokratiya və NATO-nun etibarlı müttəfiqidir. Qrenlandiya Danimarka Krallığının ayrılmaz hissəsidir. ABŞ-nin qanuni təhlükəsizlik ehtiyaclarını başa düşdükdən sonra, inanıram ki, onları Danimarka ilə ABŞ arasında birbaşa dialoq yolu ilə və kollektiv müdafiə çərçivəsində həll etmək olar” – Rinkeviçs yazır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp öz milli təhlükəsizliyi üçün Amerika Birləşmiş Ştatlarına Qrenlandiyanın lazım olduğunu bildirib. İndilərdə Finlandiya və İsveç liderləri bir daha Danimarkaya dəstəklərini bildiriblər.