Latviya Prezidenti – pisliyə qarşı məğlub olduğunu qəbul etmək olmaz, ona qarşı mübarizə aparıb qalib gəlməlisən, qoy pislik “ağ bayraq” ucaltsın

12:47, 10.03.2024

Pisliyə qarşı məğlub olduğunu qəbul etmək olmaz – Latviya prezidenti Edqars Rinkeviçs Ukraynanın “ağ bayraq” ucaltmağa cəsarəti olmalıdır deyən Roma Papasının bəyanatına belə münasibət bildirib.

“Onunla mübarizə aparıb qalib gəlməlisən ki, qoy pislik “ağ bayraq” ucaltsın”, – Latviya prezidenti bildirib.

Xatırladaq ki, Roma Papası İsveçrə nəşrlərindən birinə müsahibəsində, Ukraynanın “ağ bayrağı” ucaltmağa cəsarət göstərməli olduğunu bildirmişdi. Müsahibə rezonans doğurdu, buna görə də Vatikan rəsmiləri əlavə açıqlamalar verdilər ki, Roma Papası aşağıdakıları nəzərdə tuturdu – danışıqlar heç vaxt təslim olmaq demək deyil.

Oxşar