Latviya Parlamenti Rusiyanın Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıyan bəyanatı yekdilliklə qəbul etdi
Latviya Parlamenti Rusiya Federasiyasının Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıyan bəyanatı yekdilliklə qəbul etdi.
Bəyanatda Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutların toplanması və araşdırılmasında demokratik dövlətlərin qüvvələrini birləşdirmək təşəbbüsünə dəstək ifadə olunub.
Parlament üzvləriUkraynada Beynəlxalq Cinayət Məhkəməsinin təhqiqatını dəstəkləyir və ümid edirlər ki, bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər törətmiş bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Latviya Seymi Rusiyanın hərbi təcavüzünü, Belarus rejiminin dəstəyi və iştirakı ilə Ukraynaya genişmiqyaslı işğalını qətiyyətlə pisləyir.
Seym Avroatlantik həmdostluğu və onun partnyorlarınə Rusiyaya qarşı təcili olaraq hərtərəfli sanksiyalar tətbiq etməyə çağırır ki, onun ordusunu Ukraynada hərbi təcavüzü davam etdirmək imkanından məhrum etsin.
Latviya parlamentariləri vropa İttifaqna üzv dövlətləri Rusiya neft və qazının idxalını dərhal dayandırmağa çağırdılar. Seym bəyanatında Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan sui-istifadə etməsini pislədı və BMT islahatlarının həyata keçirilməsini sürətləndirməyə çağırdı.