Latviya müdafiə naziri bildirib ki, Latviyanın neft anbarı yaxınlığına düşən dronlar ehtimal ki, Ukraynaya məxsus ola bilər
Latviya müdafiə naziri bildirib ki, Latviyanın neft anbarı yaxınlığına düşən dronlar ehtimal ki, Ukraynaya məxsus ola bilər

Latviya müdafiə naziri Andris Spruds bildirib ki, Latviyanın neft anbarı yaxınlığında düşən dronlar ehtimal ki, Ukraynaya məxsus ola bilər.
“Bütün mümkün variantlar nəzərdən keçirilir, o cümlədən Rusiyadakı hədəflərə doğru uçan Ukrayna dronlarının olması ehtimalı da,” – deyə Latviya müdafiə qurumunun rəhbəri qeyd edib.
Andris Spruds əlavə edib ki, uçan obyektlərin vurulması barədə qərarın verilməsi üçün konkret meyarlar olmalıdır.
“Yaşayış ərazilərində dronların vurulması üçün bir neçə şərt yerinə yetirilməlidir,” – deyə o bildirib.
Məlumata görə, Latviyanın Rezekne şəhərində bir dron enerji təchizatı obyektinə çırpılıb. Ümumilikdə Latviyada təxminən üç dronun düşdüyü bildirilir.