Latviya hava məkanına daxil olan dronu vurub. Aparatın mənşəyi ilə bağlı bu mərhələdə məlumat yayılmayıb

11:10, 14.08.2026

Latviya ölkənin hava məkanına daxil olan dronu vurub. Bu barədə “Reuters” Latviya Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.
Hadisə Latviyanın şimal-şərqində, Rusiya sərhədinə yaxın yerləşən Balvi bölgəsində baş verib.
Hadisədən sonra Latviya Silahlı Qüvvələri Rusiya ilə sərhədə yaxın bölgələr üçün elan edilmiş hava təhlükəsi xəbərdarlığını da ləğv edib.
“Bizim hava məkanımızdakı təhlükə aradan qaldırılıb. Müttəfiq qırıcılar pilotsuz uçuş aparatını uğurla vurublar”, – deyə Latviya Silahlı Qüvvələri bildirib.
Dronun mənşəyi ilə bağlı bu mərhələdə rəsmi məlumat yayılmayıb.
Ukrayna mediasının yazdığına görə, pilotsuz uçuş aparatı Ukraynaya məxsus ola bilər. Məlumata əsasən, ötən gecə Ukraynanın pilotsuz uçuş aparatları Sankt-Peterburq yaxınlığında, Latviyanın sərhədinə yaxın ərazidə yerləşən Rusiyanın Ust-Luqa limanına yenidən hücum edib.

Oxşar