Latviya Avropa İttifaqını rus turistlərinə viza verilməsini qadağan etməyə çağırır
Latviya Avropa İttifaqını rus turistlərinə viza verilməsini qadağan etməyə çağırır

Latviyanın Xarici İşlər naziri, Edqars Rinkeviçs Avropa İttifaqını Rusiyanı terrorizmin sponsoru ölkəsi kimi tanımağa çağırır. Bu barədə Edqars Rinkeviç öz “tvitter” səhifəsində yazır.

Latviya diplomatı “Elenovkada Ukraynalı hərbi əsirlərin zorakılıqla öldürülməsini və Rusiyanın Ukraynaya qarşı törətdiyi digər cinayətləri” pisləDİ.

Edqars Rinkeviçs  Avropa İttifaqını rus turistlərinə viza verilməsini qadağan etməyə çağırır.

Xatırladaq ki, Rusiyanın işğalı altında olan Donetsk vilayətinin Elenovka qəsəbəsində yerləşən koloniyaya hücum nəticəsində 53 Ukraynalı məhbus oldu, 73-ü isə yaralandı. Kiyev insidentdə Rusiyanı günahlandırır və iddia edir ki, Moskva məhbuslara işgəncə verilməsi ilə bağlı sübutları məhv etmək üçün koloniyanı qəsdən vurdu.