Laşa Xutsişvili və Natia Turnava EBRD-nin vitse-prezidenti ilə görüşüblər
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 34-cü illik görüşü çərçivəsində maliyyə naziri Laşa Xutsişvili və Milli Bankın prezidenti Natia Turnava Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz üzrə vitse-prezidenti Mateo Patrone ilə görüşüblər.
Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz istiqamətləri üzrə idarəedici direktoru Elizabeta Falçeti, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkələr üzrə (Macarıstan, Çexiya, Xorvatiya, Slovakiya Respublikası, Gürcüstan) Qrupunun (Constituency) direktoru Tamas Vojnit iştirak edib.
Gürcü tərəfdən – maliyyə nazirinin müavini Ekaterine Quntsadze və iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili.
Gürcü nümayəndə heyətinin üzvləri bankın vitse-prezidentini ölkənin fiskal və pul siyasəti məsələləri və planlaşdırılan islahatların gündəliyi ilə tanış ediblər.
Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Gürcüstanda, xüsusilə özəl sektorda dəstəklənmiş layihələrə nəzər salıblar.
Görüşdə Gürcüstan və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.