Laşa Xutsişvili – Strateji tərəfdaşımız və dost ölkəmiz müstəqilliyin 245 illiyini qeyd edir, Amerika xalqını bayram münasibətilə təbrik etmək istəyirəm
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.
“Bu gün strateji tərəfdaşımız və dostumuz olan ABŞ müstəqilliyin 245 illiyi qeyd edir. Amerika xalqını, Gürcüstanda yaşayan ABŞ vətəndaşlarını ölkə üçün bu vacib bayram münasibətilə təbrik etmək istəyirəm.
Fəxr edirik ki, ölkələrimizi uzun illərdir müdafiə və təhlükəsizlikdən, demokratik inkişafın təşviqinə qədər müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələndirir.
Bizi ümumbəşəri dəyərlər birləşdirir: azadlıq, bərabərlik, demokratik prinsiplərə sadiqlik və qanunun aliliyi.
Əminəm ki, iki ölkə arasındakı bu nümunəvi tərəfdaşlıq yaxın illərdə daha da güclənəcək”, – maliyyə nazirinin təbrikində deyilir.