Laşa Xutsişvili “Nomura” İnvestisiya Bankının rəhbər və icraçı direktorları ilə görüşüb

18:16, 05.06.2026

 

Birləşmiş Krallığa Londona cari işgüzar səfəri çərçivəsində maliyyə naziri Laşa Xutsişvili “Nomura” investisiya bankının rəhbər direktorları – Daisuke Miyazaki və Morven Coun, həmçinin icraçı direktorları – Anvay Borvankar və Saori Tanaka ilə görüşüb.

Qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi və beynəlxalq investorların cəlb olunması məqsədilə Gürcüstan hökuməti tərəfindən atılan addımlara diqqət yetirilib, bu istiqamətdə Asiya kapital bazarının mənimsənilməsi imkanları vurğulanıb.

Maliyyə naziri “Nomura” investisiya bankının rəhbər və icraçı direktorlarına ölkənin makroiqtisadi və fiskal parametrlərini, eləcə də ortamüddətli proqnozlarını təqdim edib.

Maliyyə nazirinin müavini Ekaterine Quntsadze və Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri İlia Darçiaşvili görüşdə iştirak ediblər.

Gürcüstanın Maliyyə Nazirliyi məlumatı yayır.

Oxşar