Laşa Xutsişvili Nepalın maliyyə naziri ilə görüşüb
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) 11-ci illik görüşü çərçivəsində Nepalın maliyyə naziri Svarnim Vaqle ilə görüşüb.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına əsasən, tanışlıq xarakteri daşıyan görüşdə Nepal tərəfi Gürcüstanın dövlət maliyyəsinin idarə olunması, büdcənin şəffaflığı və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatlarla maraqlanıb.
“Həmçinin biznes mühitinin yaxşılaşdırılması və investorların cəlb edilməsi istiqamətində Gürcüstanda mövcud təcrübəyə, xüsusən də vergi siyasəti və inzibatçılığı məsələlərinə toxunulub. Təcrübə mübadiləsi baxımından ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edib” – qurumun məlumatında deyilir.