Laşa Xutsişvili - Maliyyə Nazirliyi macar həmkarları ilə fiskal, eləcə də vergi və gömrük istiqamətində sıx əməkdaşlıq edir
Laşa Xutsişvili - Maliyyə Nazirliyi macar həmkarları ilə fiskal, eləcə də vergi və gömrük istiqamətində sıx əməkdaşlıq edir

 

Gürcüstanın Maliyyə Nazirliyi macar həmkarları ilə fiskal, eləcə də vergi və gömrük istiqamətində sıx əməkdaşlıq edir – maliyyə naziri Laşa Xutsişvili macar həmkarı ilə Gürcüstan-Macarıstan Hökumətlərarası Sammiti çərçivəsində baş tutmuş görüşündən sonra deyib.

Maliyyə naziri bildirib ki, Macarıstan tərəfi ilə imzalanmış memorandum çərçivəsində əməkdaşlıq borcun idarə edilməsi strategiyası, fiskal və makroiqtisadi siyasət, gömrük və vergi məsələləri də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edir.

“Gürcüstanın Maliyyə Nazirliyi macar həmkarları ilə həmçinin, məlumat və bilik mübadiləsi istiqamətində də fəal əməkdaşlıq edir. Bu istiqamətdə tərəfdaşlığın gələcəkdə də fəal şəkildə davam edəcəyi ilə bağlı razılaşdıq” – Laşa Xutsişvili bildirib.