Laşa Xutsişvili gürcü diplomatları ölkənin makroiqtisadi və fiskal parametrləri haqda məlumatlandırıb
Laşa Xutsişvili gürcü diplomatları ölkənin makroiqtisadi və fiskal parametrləri haqda məlumatlandırıb

 

Maliyyə naziri Laşa Xutsişvili Səfirlər Konfransı çərçivəsində “Qlobal çağırışlar şəraitində ticarət, investisiya, dayanıqlı inkişaf” mövzusunda keçirilən müzakirədə iştirak edib.

O, çıxışında ölkənin makroiqtisadi və fiskal siyasət məsələlərinə, cari və planlaşdırılan islahatlara diqqət yönəldib.

Maliyyə naziri beynəlxalq maliyyə institutları və reytinq şirkətləri, eləcə də potensial investorlarla əməkdaşlığın dinamikasından və onların Gürcüstan iqtisadiyyatının inkişafına dair müsbət qiymətləndirmələrindən danışıb.

Bundan başqa, Laşa Xutsişvili beynəlxalq bazarları, Gürcüstanda mövcud investisiya mühitini və 2026-cı ildə avrobondların yenidən maliyyələşdirilməsi ilə bağlı planları müzakirə edib.

Nazir Gürcüstan tərəfindən beynəlxalq sanksiyaların yerinə yetirilməsi istiqamətində atılan addımlara və bu baxımdan ölkəmizə yönəlik yayılan dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətinə xüsusi diqqət yetirib.

Laşa Xutsişvili görüşün təşkilinə və gürcü diplomatlar ilə maraqlı müzakirə aparmaq imkanına görə xarici işlər nazirinə təşəkkür edib.

Müzakirələr interaktiv rejimdə aparılıb və nazir diplomatların suallarını cavablandırıb.