Laşa Xutsişvili Dünya Bankının icraçı direktoru ilə görüşüb
Laşa Xutsişvili Dünya Bankının icraçı direktoru ilə görüşüb

 

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Dünya Bankının icraçı direktoru İucin Ruqenaat ilə görüşüb.

Maliyyə Nazirliyi Laşa Xutsişvili və İucin Ruqenaatın Gürcüstanla Dünya Bankı arasında əməkdaşlıq məsələlərini müzakirə etdiklərinə dair məlumat verir.

“Görüşdə Dünya Bankının iqtisadiyyatın müxtəlif sahələrində (energetika, yol infrastrukturu, insan kapitalının inkişafı və s.) maliyyələşdirdiyi cari layihələrə diqqət ayrılıb, iqtisadi artım və düzgün maliyyə/pul siyasəti nəticəsində Gürcüstanın son illərdə əldə etdiyi nəticələr və planlaşdırılan genişmiqyaslı infrastruktur layihələri ilə bağlı bankla əməkdaşlıq məsələləri müzakirə olunub” – Maliyyə Nazirliyinin məlumatında deyilir.

Maliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə maliyyə nazirinin müavinləri – Qiorqi Kakauridze, Ekaterine Quntsadze, Gürcüstanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Tamar Taliaşvili və Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarəedilməsi və Büdcə Departamentlərinin rəhbərləri – İrakli Kaçarava və Natia Qulua iştirak ediblər.