Laşa Xutsişvili Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə nəqliyyat istiqamətinin rəhbəri ilə görüşüb
Laşa Xutsişvili Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə nəqliyyat istiqamətinin rəhbəri ilə görüşüb

 

Maliyyə naziri Laşa Xutsişvili Gürcüstanda işgüzar səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə nəqliyyat istiqamətinin rəhbəri Şomik Mendirata ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, səfərin məqsədi nəqliyyat sektorunda mövcud və potensial tərəfdaşlığın müzakirəsidir.

“Maliyyə Nazirliyində keçirilən görüşdə tərəflər Dünya Bankı ilə Gürcüstan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Diqqət yol, dəmir yolu və nəqliyyat daşımaları sahəsindəki investisiya layihələrinə yönəldildi.

Şərq-Qərb sürətli magistralının tikintisi və Orta Dəhlizin tranzit potensialı nəzərə alınmaqla, cari və planlaşdırılan layihələrin əhəmiyyəti vurğulanıb” – Maliyyə Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.

Maliyyə nazirinin müavini Ekaterine Quntsadze və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays görüşdə iştirak ediblər.