Laşa Xutsişvili Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının departament direktorunun müavini ilə görüşüb
Maliyyə naziri Laşa Xutsişvili Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının departament direktorunun müavini, Birləşmiş Krallığın Gürcüstandakı sabiq səfiri Mark Kleyton və Birləşmiş Krallığın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Qaret Uord ilə görüşüb.
Maliyyə Nazirliyinin məlumatında, nazirin qonaqları ölkənin cari makroiqtisadi parametrləri və orta müddətli proqnozları ilə tanış etdiyi deyilir. İqtisadi artım və fiskal siyasət istiqamətində Gürcüstanın son illərdə əldə etdiyi tərəqqi və davamlılıq vurğulanıb. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq və gələcək tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze iştirak edib.