Bu gün Gürcüstanda Beynəlxalq Valyuta Fondunun BVF-nin Nizamnaməsinin IV maddəsinin müddəaları ilə nəzərdə tutulan məsləhətləşmələr çərçivəsində həyata keçirilən missiyası işə başlayıb.
Bu barədə məlumatı Maliyyə Nazirliyi yayır.
Missiyaya Alexandro Hajdenberq rəhbərlik edir. İlk görüş maliyyə naziri Laşa Xutsişvili ilə keçirilib.
Missiyanın məqsədi Beynəlxalq Valyuta Fondu tərəfindən Gürcüstanda mövcud makroiqtisadi vəziyyəti, ölkənin fiskal və pul siyasətini müzakirə etməkdir.
Laşa Xutsişvili missiyanın üzvlərini iqtisadiyyatda mövcud vəziyyət, 2025-ci ilin büdcəsinin icrası ilə bağlı göstəricilər və orta müddətli dövr üçün proqnozlarla tanış edib.
Görüşdə gürcü tərəfdən maliyyə nazirinin müavinləri Qiorqi Kakauridze, Ekaterine Quntsadze və Makroiqtisadi Təhlil və Fiskal Siyasətin Planlaşdırılması Departamentinin rəhbəri Vaxtanq Çalapeikrişvili iştirak edib.