Laşa Xutsişvili - azart oyunlarından asılı olmanı yalnız requlasiyalar həll edə bilməz
Azart oyunları ilə bağlı dövlətin rolu çox önəmlidir, lakin yalnız requlasiyalar bu problemi həll edə bilməz, – bu haqqda Maliyyə nazirinin müavini Laşa Xutsişvili Samebanın Gənclər Mərkəzində bəyan etdi. Burada da azart oyunları haqqında qanunlayihəni müzakirə edirlər.
Onun dediyinə görə, internet dövründə qey olunan problemin həlli çox çətin olacaq.
“İnternetizasiya şəraitində bu problemin sonuna qədər həlli çox çətin olacaq. Buna görə də ailə üzvlərinin də bu prossesə qoçulmaları vacibdir ki, onların övladları azart oyunlarından asılı olmasınlar. Lakin hökumətin üzarində işlədiyi requlasiyalar bunu əhəmiyyətli dərəcədə azaldacaq”, – Xutsişvili bəyan etdi.
Azart oyunlar haqqında qanunlayihə parlamentə artıq daxil olub.
Qanunlayihəyə uyğun olaraq azart oyunlarına icazə 18 əvəzinə 21 yaş olacaq.