Laşa Xutsişvili Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb
Laşa Xutsişvili Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb

 

Asiya İnkişaf Bankının 58-ci illik görüşü çərçivəsində maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının icraçı direktoru Reiçel Tompson ilə görüşüb. Görüşdə gürcü tərəfdən nazirin müavini Ekaterine Quntsadze iştirak edib.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələləri barədə danışıblar. Maliyyə naziri ölkə iqtisadiyyatında mövcud vəziyyət və bankın dəstəyi ilə həyata keçirilən layihələr haqqında bankın icraçı direktoruna məlumat verib.

Asiya İnkişaf Fondunda Gürcüstanın donor statusu ilə iştirakının əhəmiyyətinə bir daha diqqət çəkilib.

Reiçel Tompson ölkə ilə tərəfdaşlığın müxtəlif istiqamətlərdə davam etdirilməsinə hazır olduğunu bildirib.

Məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayır.