Laşa Xutsişvili - 2026-cı ildə adambaşına düşən təkrar hesablanmış ümumi daxili məhsul 11 300 dolları keçəcək
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili parlamentdə 2026-cı ilin büdcə layihəsinin son variantını təqdim edib. Əsas parametrlərdən danışarkən nazir qeyd edib ki, 2026-cı il üçün ilkin proqnozlar qorunub saxlanır.
Onun sözlərinə əsasən, real iqtisadi artım 5 faiz səviyyəsində planlaşdırılır, orta müddətli dövrdə isə onun proqnozu 5,3 faiz təşkil edir. 2026-cı ildə orta inflyasiya proqnozu 3,3 faizdir, orta müddətli dövrdə hədəf göstərici çərçivəsindədir (3 faiz).
Nominal ÜDM-nin proqnozu 114 milyard 121 milyon lari səviyyəsində müəyyən edilib, adambaşına düşən təkrar hesablanmış ümumi daxili məhsul 11 300 dolları keçəcək. 2029-cu il üçün nominal ümumi daxili məhsulun 145 milyard lariyə çatacağı proqnozlaşdırılır, bu da adambaşına təkrar hesablanma halında 14 500 ABŞ dollarını keçəcək.
Maliyyə nazirinin qeyd etdiyi kimi, birləşmiş büdcənin vergi gəlirləri 27 milyard 40 milyon lari səviyyəsində müəyyən edilib, bu da layihənin əvvəlki versiyası ilə müqayisədə 240 milyon lari artıb. Büdcə kəsiri ümumi daxili məhsulun 2,5 faizini təşkil edir, hökumətin borc göstəricisi isə 33,5 faiz çərçivəsindədir. 2026-cı ilin birləşmiş büdcəsinin xərc hissəsi ümumilikdə 36 milyard 285 lari təşkil edir.
“Yuxarıda qeyd olunanların hamısı göstərir ki, büdcə düzgün fiskal siyasətin nəticəsində makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayır, bu da ölkəmizin uzunmüddətli inkişafı üçün həlledicidir” – maliyyə naziri Laşa Xutsişvili qeyd edib.
O, büdcənin formalaşdırılması prosesində fəal iştirakına və səmərəli əməkdaşlığına görə bütün komitələrə, xüsusən də Maliyyə və Büdcə Komitəsinə təşəkkür edib.