Laşa Xutsişvili - 2025-ci ildə təhsil və elm istiqamətində 3 milyard 950 milyon laridən çox vəsait nəzərdə tutulub
Laşa Xutsişvili - 2025-ci ildə təhsil və elm istiqamətində 3 milyard 950 milyon laridən çox vəsait nəzərdə tutulub

 
Maliyyə naziri Laşa Xutsişvilinin bəyanatına əsasən, 2025-ci ildə təhsil və elm istiqamətində birləşmiş büdcə ilə 3 milyard 950 milyon laridən çox vəsait nəzərdə tutulub, bu da ümumi büdcənin 12%-dən çoxdur.

O bildirib ki, 2025-ci ildə ictimai məktəblərin maliyyələşdirilməsinə 1 milyard 650 milyon laridən çox vəsait ayrılacaq, vəsait çərçivəsində də cari ilin iyul ayından etibarən artırılmış maaşlar tam maliyyələşdiriləcək.

“Həmçinin, ictimai məktəblərin inzibati işçilərinin və mühafizəçilərin (mandatur) maaşlarının 10%-lik artımı nəzərdə tutulur; Uşaq bağçalarının maliyyələşdirilməsi 500 milyon lariyə qədərdir, vəsait çərçivəsində işçilərin maaşı 125 lari artırılacaq; İctimai məktəblərin tikintisi və bərpası üçün 600,0 milyon laridən çox vəsait ayrılıb; Uşaq bağçalarının tikintisi və bərpasına 225,0 milyon laridən çox vəsait sərf olunacaq” – Laşa Xutsişvili bildirib.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.