Laşa Xutsişvili - 2025-ci ildə büdcə təşkilatlarında çalışanların maaşında 10%-lik artım nəzərdə tutulub
Laşa Xutsişvili - 2025-ci ildə büdcə təşkilatlarında çalışanların maaşında 10%-lik artım nəzərdə tutulub

 
2022-ci ildə dövlət qulluqçularının maaşını tənzimləyən qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq, 2025-ci ildə büdcə təşkilatlarında çalışanların maaşında 10%-lik artım nəzərdə tutulub – bu haqda maliyyə naziri Laşa Xutsişvili parlamentin sessiyasında 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, Müdafiə, Daxili İşlər Nazirliyi və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsinə 3 milyard 350 milyon laridən çox vəsait ayrılıb ki, bu da ümumi büdcənin 10 faizindən çoxunu təşkil edir.

“Ayrılan vəsait çərçivəsində polislər və əsgərlərin maaşı 10% artırılacaq; Müdafiə infrastrukturunun və imkanlarının inkişafı üçün 490,0 milyon lari nəzərdə tutulub; Kiçik və orta biznesin təşviqi məqsədilə 2025-ci ildə 240 milyon laridən çox, innovasiyaların təşviqi istiqamətində isə 45 milyon laridən çox vəsait nəzərdə tutulub; Kənd təsərrüfatı proqramlarının maliyyələşdirilməsi üçün 680 milyon laridən çox vəsait nəzərdə tutulub; Ətraf mühitin mühafizəsi proqramlarının maliyyələşdirilməsinə 245 milyon laridən çox vəsait ayrılıb; Mədəniyyət və idmanın maliyyələşdirilməsinə birgə büdcədən 1 milyard laridən çox vəsait ayrılacaq, vəsait çərçivəsində də munisipalitetlərdə maaşların 125 larilik artımı həyata keçiriləcək” – maliyyə naziri qeyd edib.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.