Laşa Xutişvili Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbəri ilə görüşüb
Laşa Xutişvili Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbəri ilə görüşüb

Maliyyə naziri Laşa Xutişvili Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbəri Alejandro Heydenberq ilə tanışlıq görüşü keçirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda nazirin birinci müavini Qiorqi Kakauridze və nazir müavini Yekaterine Quntsadze iştirak ediblər.

“Tərəflər Gürcüstanla Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Maliyyə naziri BVF missiyasının yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb, həmçinin davamlı fiskal siyasətin davam etdirilməsi prosesində ölkəyə göstərdiyi dəstəyə görə Fonda təşəkkür edib.

Laşa Xutişvili qonağı ölkə iqtisadiyyatının hazırkı vəziyyəti ilə tanış edib.

Görüşdə Gürcüstanın makroiqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə Beynəlxalq Valyuta Fondunun cəlb edilməsi ilə əməkdaşlığı davam etdirməyə hazır olduqları bildirilib”, – deyə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.