Avropa Ağır Atletika Federasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Laşa Talaxadze 2021-ci ilin ən yaxşı ağır atleti seçilib.
Ən yaxşılar ilk dəfə olaraq sorğu formatında müəyyən edilib və bu qərar Avropa Ağır Atletika Federasiyasının 100 illik yubileyinə həsr olunub.
Xatırlatmaq istərdik ki, ağır atletika üzrə Avropa çempionatı mayın 28-də başlayacaq və Gürcüstanın Birinci Kanalı reportajlar təqdim edəcək.