Laşa Modzğvrişvili Milli İcra Bürosunun sədri təyin edilib. Ədliyyə naziri Paata Salia və nazirin birinci müavini Laşa Mağradze yeni rəhbəri büronun əməkdaşlarına təqdim ediblər.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, Laşa Modzğvrişvilinin Milli İcra Bürosunda uzun illər iş təcrübəsi var. O cümlədən, icraçı və Kaxeti İcra Bürosunun rəisi vəzifələrində işləyirdi. Milli İcra Bürosunun sədri vəzifəsinə təyin olunana qədər 2021-ci ildən Milli İcra Bürosunun sədr müavini vəzifəsini tuturdu.