Laşa Mağradze ədliyyə nazirinin müavini təyin edilib

11:29, 17.09.2026

Laşa Mağradze ədliyyə nazirinin müavini təyin edilib
Laşa Mağradze ədliyyə nazirinin müavini təyin edilib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

“Laşa Mağradze ixtisasca hüquqşünasdır. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsini və Kolumbiya Universitetinin Hüquq Məktəbini bitirib.

Müxtəlif vaxtlarda həm dövlət, həm də özəl sektorda rəhbər vəzifələrdə çalışıb. Cinayət mühakimə icraatı, icra sistemi, məhkəmə sistemi, hakimlərin təlimi, korrupsiyaya qarşı mübarizə, qanunun aliliyi və insan hüquqları kimi sahələrdə 20 illik təcrübəyə malikdir.

Ədliyyə sektorunda institusional və proqram xarakterli islahatların həyata keçirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edib.

Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunmazdan əvvəl Dövlət Təhlükəsizlik Xidmətində birinci müavin vəzifəsini tutub”, – deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

Oxşar