Laşa Darsalia – BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində Gürcüstanın ərazi bütövlüyü bir daha dəstəkləndi, “işğal” termini vurğulandı, bu da çox vacibdir
Biz BMT Təhlükəsizlik Şurasının üzvləri deyilik, müvafiq olaraq bizim xahişimiz əsasında tərəfdaş ölkələr sözügedən iclası keçirdilər. Bu fəaliyyət digər beynəlxalq təşkilatlarda da davam edəcək və daha da güclənəcək – bu barədə xarici işlər nazirinin müavini Laşa Darsalia deyib.
Onun sözlərinə əsasən, BMT Təhlükəsizlik Şurasının iclasından sonra Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən vacib və qətiyyətli bəyanatlar verilib.
“BMT Təhlükəsizlik Şurasının Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı iclası keçirildi. İclas qapalı formatda baş tutdu, bundan sonra isə üzv ölkələr tərəfindən ictimai bəyanat verildi. Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün bir daha dəstəkləndiyi kifayət qədər vacib və qətiyyətli bəyanat. “İşğal” termini vurğulandı, bu da gürcü tərəfi üçün çox vacibdir. Bildiyiniz kimi, bu dövrdə Gürcüstan ərazilərinin işğalı ilə bağlı iclasların keçirilməsi və bəyanatların verilməsi üçün həmişə müxtəlif beynəlxalq təşkilatlara müraciət edirik. Biz BMT Təhlükəsizlik Şurasının üzvləri deyilik, müvafiq olaraq bizim xahişimiz əsasında tərəfdaş ölkələr sözügedən iclası keçirdilər. Bu fəaliyyət digər beynəlxalq təşkilatlarda da davam edəcək və daha da güclənəcək” – Darsalia bildirib.
Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurası qapalı iclasda Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar Rusiyanın işğalı altında olan Gürcüstan ərazilərindəki mövcud vəziyyəti və Rusiya-Gürcüstan münaqişəsi məsələsini müzakirə edib. BMT Təhlükəsizlik Şurasının hazırkı və gələcək üzv ölkələri Rusiyanı qoşunlarını Gürcüstan ərazisindən dərhal çıxarmağa və iki regionun müstəqilliyini tanımaq qərarını geri götürməyə çağırırlar.