Laşa Abaşidze - Türkmənistan Dəmir Yolları bizim vacib tərəfdaşımızdır, cari ildə Türkmənistanla yük dövriyyəsi əhəmiyyətli dərəcədə artacaq
Türkmənistandan yük dövriyyəsinin daha da artacağını gözləyirik – bu haqda Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze bildirib.
Laşa Abaşidzenin dediyi kimi, iki ölkə arasında yük dövriyyəsinin müsbət dinamikası qeydə alınır.
“Türkmənistan Dəmir Yolları bizim vacib tərəfdaşımızdır. Bu il kifayət qədər yaxşı nəticələrimiz var – yük dövriyyəsinin dinamikası artmaqdadır. Düşünürük ki, bu göstəricini daha da yaxşılaşdırmaq üçün potensial var. Güman edirik ki, cari ildə Türkmənistanla yük dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artacaq” – Laşa Abaşidze bildirir.
Laşa Abaşidze iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə birlikdə Türkmənistanda keçirilən rəsmi görüşlərdə, eləcə də Gürcüstan-Türkmənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edib.